Ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubileyi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubileyi keçirilib – FOTO

16:12 - 27 / 12 / 2017
Ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubileyi keçirilib – FOTO

Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu tanınmış ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubileyini keçirib.

Tarix İnstitutundan 1news.az-a verilən məlumata görə, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb. Akademik qeyd edib ki, İsrafil Məmmmədovun erməni faşizmini və onun himayədarlarını ifşa edən əsərləri çap olunub.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, İ.Məmmədov erməni vandallarının xalqımıza qarşı soyqırımları, deportasiya, erməni təcavüzkarlığı və Azərbaycan həqiqətləri ilə bağlı Moskva, Ankara, İstanbul və Bakıda keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxışlar edib: “O, erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşilikləri təkzibedilməz tarixi faktlar əsasında Azərbaycan, erməni, rus və ingilis dillərində dünya ictimaiyyətinə çatdırıb”.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd edib ki, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanına əsasən Azərbaycan və Türkiyə respublikalarında 12 seriyalı “Sarı gəlin” sənədli filmi çəkilib və filmin baş məsləhətçisi İsrafil Məmmədov olub: “Onun respublika radiosunda Azərbaycan dilində 1145, erməni dilində 2680 elmi-analitik məqaləsi səsləndirilib”.

Bildirilib ki, tarixçi alim İ.Məmmədov Nizami Gəncəvi,İmadəddin Nəsimi, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza əzəmətini erməni və rus dillərində oxuculara çatdırıb.

Qeyd edək ki, erməni millətçiləri 1967-ci ildə İsrafil Məmmədovun yaşadığı evi partladıblar.

Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov çıxış edərək bildirib ki, İ.Məmmədov canlı bir akademiyadır: “Onun yazdığı əsərlər və elmi araşdırmalar biz tarixçilər üçün əsl mənbədir. İsrafil Məmmədov Tarix İnstitutunda fəaliyyətə başladıqdan sonra institutun nəşr etdirdiyi “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının müəlliflərindən biri kimi 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət mükafatına layiq görülüb”.

Xatırladaq ki, İsrafil Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Mehri rayonunun Əmrəkar kəndində anadan olub.

1news.az

Paylaş:
1019

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər