Sankt-Peterburqda mağazada partlayış baş verib, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Dünya

Sankt-Peterburqda mağazada partlayış baş verib, xəsarət alanlar var

20:52 - 27 / 12 / 2017
Sankt-Peterburqda mağazada partlayış baş verib, xəsarət alanlar var

Sankt-Peterburqda ticarət mərkəzində yerləşən mağazaların birində partlayış baş verib.

1news.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Ticarət mərkəzində olan insanlar təxliyə olunub.

İlkin məlumata əsasən, insident nəticəsində 10 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

1news.az

Paylaş:
813

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər