Əfqanıstanda partlayış: 40 nəfər ölüb, 30-dan çox insan yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda partlayış: 40 nəfər ölüb, 30-dan çox insan yaralanıb

13:18 - 28 / 12 / 2017
Əfqanıstanda partlayış: 40 nəfər ölüb, 30-dan çox insan yaralanıb

Əfqanıstan paytaxtı Kabildə partlayış olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, partlayış Kabilin qərbində yerləşən binaların birində baş verib. Həmin binada həm mədrəsə, həm də “Əfqanıstanın səsi” informasiya agentliyinin ofisi yerləşir. 

Məlumata görə, terrorçu-kamikadze tərəfindən törədilmiş partlayış nəticəsində 40-a yaxın insan ölüb, 30-dan çox insan isə yaralanıb.

Partlayışın İŞİD terror qruplaşması tərəfindən törədildiyi bildirilir.

1news.az

Paylaş:
760

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər