Azərbaycanda millət vəkillərinin əmək haqlarının artırılması şayiə xarakteri daşıyır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda millət vəkillərinin əmək haqlarının artırılması şayiə xarakteri daşıyır

15:56 - 28 / 12 / 2017
Azərbaycanda millət vəkillərinin əmək haqlarının artırılması şayiə xarakteri daşıyır

Bir neçə gündür ki, sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında millət vəkillərinin maaşlarının artırılması haqqında məlumatlar yayılıb. Həmin məlumatlarda millət vəkillərinin maaşlarının gələn ilin yanvar ayından 800 manat artırıldığı qeyd edilib.

1news.az-ın araşdırması zamanı isə bəlli olub ki, reallıqda millət vəkillərinin maaşlarının artırılması ilə bağlı heç bir qərar qəbul edilməyib və yazılanlar şayiə xarakteri daşıyır. . Belə şayiələri yayanlar əsasən Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin 25 dekabr tarixində imzalamış fərmanına istinad edir. Halbuki həmin fərmanda  Milli Məclisin Aparatının saxlanma xərcləri haqqında bənd var. Sözügedən bənddə Aparatın saxlanma xərcləri, əvvəlki illə müqayisədə 1.5 mln. manat artırılaraq, 25.4 mln. manat nəzərdə tutulub. Araşdırmamız zamanı bəlli olub ki, millət vəkillərinin, həmçinin həmin Aparatda çalışan dövlət qulluqçularının əmək haqlarına bunun heç bir aidiyyəti yoxdur. Belə ki, millət vəkillərinin əmək haqlarının artırılması üçün “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməlidir. Bu isə baş verməyib. Millət vəkillərinin əmək haqları həmin Qanunun 21-ci maddəsinə əsasən müəyyən edilir.

Millət vəkili Vahid Əhmədov ölkə.az saytına  açıqlamasında qeyd edilən məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, belə bir məlumat yoxdur. Yəni deputatların  maaşlarında hər hansı artım baş verməyib:

“Belə bir məlumat yoxdur. Elə bir artım olmayıb. Əgər bu barədə qərar olsaydı, mütləq xəbərimiz olardı”.

Göründüyü kimi, Azərbaycanda millət vəkillərinin əmək haqlarının artırılması haqqında məlumatlar şayiə xarakteri daşıyır. Bu şayiəni gündəmə gətirib onu xəbərə çevirib KİV-də və sosial şəbəkələrdə yayanlar görəsən hansı məqsədi güdür?!

1news.az

Paylaş:
1045

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər