Azərbaycanın hərbi tibb mütəxəssisləri iranlı həmkarları ilə görüşüblər
Azərbaycan ilə İran arasında hərbi sahədə ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin bir qrup tibb xidməti zabiti Tehranda səfərdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, səfər çərçivəsində nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev İran Silahlı Qüvvələrinin tibb xidməti rəisi, briqada generalı Həsən Ərağizadə ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirə aparıb.
İran Silahlı Qüvvələrinin tibb xidmətinin imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Bəqiyətullah və Cəmaran, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Besət hospitallarını, İran Ordusunun Tibb Elmləri Universitetini ziyarət edib, müdafiə qabiliyyətləri sərgisinə baxış keçirib.
1news.az