“Galaxy Note 8”də problem aşkar edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Galaxy Note 8”də problem aşkar edildi

22:24 - 28 / 12 / 2017
“Galaxy Note 8”də problem aşkar edildi

Qabaqcıl “Galaxy Note 8” smartfonunun istifadəçiləri qurğuda akkumulyatorla bağlı problem aşkar ediblər. Məlum olub ki, bəzi istifadəçilərdə cihazın şarjı 0%-ə düşdükdə daha enerji toplamır.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Galaxy Note 8” qurğusunun sahibləri bu problem haqda forumlarda məlumat veriblər.

Onların sözlərinə görə, smartfonun batareyası 0% olduqda aparat daha enerji toplamır. Qurğu enerji yükləmə kabelinin qoşulmasına reaksiya vermir və işə düşmür. Cənubi Koreya şirkətinin istehsalı olan smartfonun sahibləri müxtəlif enerji yükləmə qurğularından istifadə etsələr də, heç nə kömək etməyib.

“Samsung” artıq problemdən xəbərdardır, amma hələ ki istifadəçilərin şikayətinə reaksiya verməyib. Həmçinin sözügedən problemin kütləvi hal olub-olmaması məlum deyil.

Xatırladaq ki, “Note” istehsal xəttinin əvvəlki modeli ilə bağlı, həmçinin problem yaşanmışdı. O vaxt “Galaxy Note 7”nin sahibləri öz-özünə alışan batareya haqda məlumat vermişdilər.

1news.az

Paylaş:
823

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər