Azərbaycan neftinin bir barrelinin qiyməti 68 dolları ötüb
Dünya birjalarında neftin qiyməti artmaqda davam edir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar artaraq 66,60 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar bahalaşaraq 59,79 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,81 dollar bahalaşaraq 68,18 dollar olub.
1news.az
704