Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək

11:15 - 28 / 12 / 2017
Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək

2018-ci il 3-6 apreldə Bakıda Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək.

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, 2019-cu ildə təşkilatın növbəti sammiti də Azərbaycanda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

1news.az

Paylaş:
1048

Son xəbərlər

Bütün xəbərlər