Azərbaycan ATƏT sədrinin şəxsi nümayəndəsi ofisinin genişlənməsi təklifinə müsbət yanaşır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ATƏT sədrinin şəxsi nümayəndəsi ofisinin genişlənməsi təklifinə müsbət yanaşır

11:40 - 28 / 12 / 2017
Azərbaycan ATƏT sədrinin şəxsi nümayəndəsi ofisinin genişlənməsi təklifinə müsbət yanaşır

Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ildə xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, il ərzində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı müzakirələr aparılıb: "Azərbaycan tərəfi şəxsi heyətin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır".

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərin son bəyanatında da bu məqam öz əksini tapıb: "Ancaq şəxsi heyətin sayının artırılması münaqişənin həlli istiqamətində nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir".

XİN rəsmisi əlavə edib ki, 2017-ci ilin ikinci yarısındaDağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində canlanma olub. O bildirib ki, Azərbaycanla Minsk qrupunun atdığı addımlar nəticəsində Ermənistanın danışıqlar masasına qayıtması mümkün olub.

“Lakin təəssüf ki, işğal başa çatmayıb. Həmsədrlər BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki yekun aktı əsasında üzərlərinə düşən vəzifələri yerində yetirsinlər.  İlk növbədə işğala son qoyulmalı, qaçqın və məcburi köçkünlər geri qayıtmalıdırlar”, – deyə XİN sözçüsü əlavə edib. 

1news.az

 

Paylaş:
677

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər