Silahlı Qüvvələr haqqında yeni qanun layihəsi qəbul olundu | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələr haqqında yeni qanun layihəsi qəbul olundu

13:13 - 29 / 12 / 2017
Silahlı Qüvvələr haqqında yeni qanun layihəsi qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

1news.az  xəbər verir ki, 5 fəsil 16 maddədən ibarət olan qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinin 16-cı maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-XII nömrəli qanunu ləğv edilir.

Qanun layihəsi üçüncü oxunuşda müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

1news.az  

Paylaş:
954

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər