MİDA-nın Müşahidə Şurasının 2017-ci il üçün yekun iclası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

MİDA-nın Müşahidə Şurasının 2017-ci il üçün yekun iclası keçirilib

16:52 - 29 / 12 / 2017
MİDA-nın Müşahidə Şurasının 2017-ci il üçün yekun iclası keçirilib

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin Müşahidə Şurasının bu il üzrə yekun iclası keçirilib.

“MİDA” MMC-dən 1news.az-a verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq ilk növbədə, MİDA-nın direktorunun ötən il ərzində cəmiyyət tərəfindən görülən işlərin yekunlarına dair hesabatı dinlənilib.

Qeyd olunub ki, MİDA-nın birinci layihəsi olan və 1843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksinin tikintisində əhəmiyyətli irəliləyiş əldə olunub. Belə ki, 29 yaşayış binasından ibarət olacaq kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb, tamamlama-bəzək işləri davam etdirilməkdədir. Paralel olaraq digər çoxmənzilli yaşayış binalarının hər birinin tikintisi sürətlə davam etdirilir, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri həyata keçirilir.

Bununla yanaşı məlumat verilib ki, “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatı davam etdirilir. Ötən müddət ərzində bu sistem vasitəsilə 7500-dən çox vətəndaşın güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənib.

MMC-nin direktoru Samir Nuriyev bildirib ki, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş hədəfləri rəhbər tutaraq dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə özəl investisiya şirkətləri ilə səmərəli əməkdaşlığın qurulmasına nail olunub. Belə ki, Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması ilə bağlı il ərzində keçirilmiş 3 investisiya müsabiqəsi nəticəsində təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb olunub. Bu vəsait 3 yaşayış binasının tikintisinə, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasına yönləndiriləcək.

Hesabat çıxışında vurğulanıb ki, 2017-ci ilin daha bir önəmli nailiyyəti Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksinin tikintisinin başlanmasıdır. Belə ki, 24 dekabr 2017-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən bu Kompleksin ilk 7 mərtəbəli binasının təməli qoyulub. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində 3002 mənzilin inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.

İclas çərçivəsində, həmçinin, “MİDA” MMC-nin 2018-ci il üçün perspektiv inkişaf strategiyası müzakirə edilib, Cəmiyyətin Daxili audit şöbəsinin hesabatı dinlənilib, habelə “Güzəştli mənzil” elektron sisteminin səmərəliliyinin artırılması və yeni satış modulunun istifadəyə verilməsi məqsədilə müvafiq təlimatlar və digər aidiyyəti sənədlər təsdiq olunub.

1news.az

Paylaş:
1028

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər