UNİBANK kapitalını artırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

UNİBANK kapitalını artırdı

17:35 - 29 / 12 / 2017
UNİBANK kapitalını artırdı

Bakı Fond Birjasında UNİBANK-ın hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 6 milyon 28 manat 96 qəpik məbləğində sənədsiz səhmlərinin yerləşdirilməsi başa çatıb. Eyni zamanda, Bakı Fond Birjasında UNİBANK tərəfindən faizli, sənədsiz adlı təmin edilməmiş ümumi nominal dəyəri 10 milyon dollar olan istiqrazın yerləşdirilməsi də yekunlaşıb.

Səhmlərin və istiqrazların yerləşdirilməsi nəticəsində UNİBANK-ın nizamnamə kapitalı 6 milyon manat artaraq 126 milyon manat, prudensial qaydalara uyğun məcmu kapital isə 22 milyon manat artaraq 66 milyon manata çatıb.

Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub. Kapitallaşmanın ikinci mərhələsindən sonra yerli fiziki şəxs olan səhmdarların payı 45,74%, beynəlxalq maliyyə institutları olan DEG – Almaniya İnvestisiya Şirkətinin payı 25,99%, Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) payı isə 18,49% təşkil edəcək.

Xatırladaq ki, bu il ərzində UNİBANK artıq ikinci dəfədir ki, kapitalını artırır. İyun ayında bankın nizamnamə kapitalı 49 milyon manat artıb. Başa çatan yenidən kapitallaşma prosesi bankın gələcək uğurlu inkişafı üçün əlavə imkanlar yaradır.

UNİBANK 2015-ci il iqtisadi böhran və makroiqtisadi şokların neqativ nəticələrini səhmdarların dəstəyi ilə aradan qaldırmaqla, bütün itkiləri bərpa edərək, 2017-ci ili 2 milyon manat mənfəətlə başa vurub.

Bankın təsdiqlənmiş 3 illik strateji planına və maliyyə proqnozuna əsasən, UNİBANK 2018-ci ili 15 milyon manat mənfəətlə yekunlaşdırmağı planlaşdırır.

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində UNİBANK adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, UNİBANK ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti UNİBANK-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 

 Reklam hüququnda

 

 

Paylaş:
670

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər