Hikmət Hacıyev: Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının heç bir əsası yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının heç bir əsası yoxdur

17:51 - 29 / 12 / 2017
Hikmət Hacıyev: Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının heç bir əsası yoxdur

Görünür ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov cəfəng bəyanatlar vermək üzrə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryandan estafeti ələ keçirməyə çalışır. Hər bir verdiyi açıqlama ilə Şarmazanov hüquqi və siyasi savadsızlığını, yalnız məhdud daxili istehlaka yönəlmiş populizmlə məşğul olduğunu bir daha nümayiş etdirir. Bəzi məsələlər üzrə Şarmazanovun maarifləndirilməsinə ehtiyac vardır.

1news.az xəbər verir ki, bu sözləri KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan parlamentinin spikeri E.Şarmazanovun bəyanatını şərh edərkən bildirib.

O deyib: “Beynəlxalq hüquqda “uti possidetis” prinsipi müəyyən edir ki, dövlət müstəqilliyini əldə etdiyi halda onun mövcud sərhədlərinə hörmət edilməlidir. SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə edən keçmiş müttəfiq respublikaların, o cümlədən Azərbaycan və Ermənistan SSR-in sərhədlərinə münasibətdə “uti possidetis” prinsipi tətbiq olunub. 1988-ci il iyulun 18-də SSRİ Ali sovetinin prezidiumu Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalmasını bir daha təsbit edib. 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin prezidiumu Ermənistan SSR-in Ali sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair 1989-cu il 1 dekabr və 1990-cı il 9 yanvar tarixli qərarlarını SSRİ konstitusiyası əsasında qeyri-qanuni hesab edib. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan köklü Azərbaycan əhalisinə qarşı aqressiv separatizm əməlləri nəticəsində etnik təmizləmə törədildikdən sonra olaraq 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağın yalnız erməni əhalisinin iştirakı ilə qanunsuz və qeyri-legitim “referendum” keçirildi. Ermənistan tərəfinin əsassız olaraq istinad etməyə çalışdığı SSRİ-nin 1990-cı il 3 aprel tarixli “İttifaq Respublikalarının SSRİ-dən ayrılması məsələlərinin həll edilməsi prosedurlarına dair” qanunu respublikaların SSRİ-dən ayrılmasının spesifik prosedurlarını müəyyən etmişdi. Burada da müəyyən olunur ki, müttəfiq respublikanın mərkəzi hakimiyyətinin razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməzdi.

Beləliklə, keçmiş SSRİ hüquqi sistemi tərəfindən Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın birtərəfli qaydada aqressiv separatizm yolu ilə Azərbaycan SSR-in tərkibindən çıxması cəhdlərinin qeyri-qanuni xarakter daşıması konstitusional səviyyədə təsdiq edilmişdi.

Ermənistanın və Azərbaycanın müstəqilliyinin əldə etməsi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və aqressiv separatizm əməlləri açıq müharibə forması alaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmənin törədilməsi ilə nəticələndi.

MDB-nin yaranmasına dair 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyanatına əsasən Ermənistan və Azərbaycan digər keçmiş SSRİ respublikaları kimi “bir-birilərinin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını tanımağa və hörmət etməyə dair” öhdəlik qəbul ediblər. İndi Ermənistan bu öhdəliyini inkar etməyə çalışır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq olunaraq, güc tətbiq olunması ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyi, o cümlədən 874 saylı qətnamədə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilib. Həmçinin qətnamədə Ermənistan qoşunlarının bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılması tələb olunur.

Erməni təbliğatı qəsdən yenə də tarixi saxtalaşdıraraq Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli iclasının protokolunu təhrif edir. Şarmazanov və onun həmkarlarına xatırlatmaq istərdik ki, həmin protokolda Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması qeyd olunub və inzibati mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa vilayət muxtariyyəti verilib.

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının heç bir tarixi, hüquqi, siyasi və mənəvi əsası yoxdur.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən yaradılmış qondarma rejim yalnız işğal, təcavüz və qanlı etnik təmizləmənin nəticəsidir. Şarmazanov və onun kimiləri nəhayət başa düşməlidirlər ki, sivil dünya güc tətbiq edərək yaranmış vəziyyəti heç vaxt legitim qəbul edə bilməz.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin ediləcək”.

1news.az

Paylaş:
659

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər