Ağırlıqqaldırma Olimpiadadan çıxarılır | 1news.az | Xəbərlər
İdman

Ağırlıqqaldırma Olimpiadadan çıxarılır

18:00 - 29 / 12 / 2017
Ağırlıqqaldırma Olimpiadadan çıxarılır

Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramında dəyişiklik etmək istəyir.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, ağırlıqqaldırma dördilliyin ən mötəbər yarışından çıxarıla bilər.

Buna son illər ərzində baş vermiş dopinq qalmaqalları səbəb olub. Bu üzdən IOC Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına (IWF) vaxt verib. IWF 2018-ci ilin yayınadək dopinqlə mübarizə proqramını təqdim etməlidilər.

Belə ki, Pekin və London Yay Olimpiya Oyunlarının təkrar yoxlanılması zamanı 40 atletin qanında istifadəsi qadağan edilən dərman preparatı tapılıb. Bundan sonra ciddi islahatlar etməli olan federasiya Tomaş Ayanı yenidən qurum rəhbəri seçib.  

Hazırda 9 ölkə yarışdan kənarlaşdırılıb ki, onlar Anahaymda keçirilən dünya çempionatına qatıla bilməyib. Bu 9 ölkədən biri olan Azərbaycanın cəzasını yaxın vaxtda aradan qaldıracağı gözlənilir. Həmkarlarımız Azərbaycan Ağır Atletika Federasiyasının  Ayanla danışıqlarının müsbət nəticələndiyini və 1 illik diskvalifikasiyanın oktyabrda deyil, martda bitəcəyini qeyd ediblər. Eyni söhbət Türkiyəyə də aiddi.  

Qeyd edək ki, 1896-cı ildən Olimpiya proqramına salınan ağırlıqqaldırma 1908 və 1912-ci illərdə də Olimpiada proqramından çıxarılıb.  

1news.az

Paylaş:
894

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər