Bakıda 7 avtomaşın qaçıran şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 7 avtomaşın qaçıran şəxs saxlanılıb

18:39 - 29 / 12 / 2017
Bakıda 7 avtomaşın qaçıran şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakıxanov qəsəbəsi sakini Emin Qurbanov bölməyə ərizə ilə müraciət edərək ona məxsus “VAZ 2107” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında da analoji cinayətlər törətdiyi, ümumilikdə 7 avtomaşını qaçırdığı məlum olub. A.Ramazanov ifadəsində həmin nəqliyyat vasitələrinin akkumulyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.

Faktlarla bağlı İdarədə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

1news.az

Paylaş:
875

Son xəbərlər

Bütün xəbərlər