Prezident İlham Əliyev Kuba və Sudan dövlət başçılarını təbrik edib
Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu ünvanlayıb.
1news.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
“Hörmətli cənab Sədr,
Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim sülh və firavanlıq diləyirəm”.
Prezident İlham Əliyev Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirə də təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sudan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.
1news.az