Aqil Məmmədov rəsmən “Neftçi”də | 1news.az | Xəbərlər
Futbol

Aqil Məmmədov rəsmən “Neftçi”də

20:58 - 29 / 12 / 2017
Aqil Məmmədov rəsmən “Neftçi”də

“Neftçi” futbol klubu qış fasiləsində ilk transferini həyata keçirib.

1news.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qapıçı Aqil Məmmədovla mövsümün sonunadək müqavilə bağlanıb.

Tərəflərin istəyinə əsasən, mövsümün sonu müqavilə daha 1 illik uzadıla bilər.

Qeyd edək ki, 28 yaşlı qapıçı 2015-2016-cı illərdə də “Neftçi”nin şərəfini qoruyub. Onun son klubu isə "Qəbələ" olub.

1news.az

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər