Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritəsi ilə bağlı növbəti iclas keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritəsi ilə bağlı növbəti iclas keçirilib

22:29 - 29 / 12 / 2017
Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritəsi ilə bağlı növbəti iclas keçirilib

Dekabrın 29-da Maliyyə Bazarlarına Nəzarət Palatasında “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də icraçısı olduğu digər Strateji Yol xəritələri üzrə tədbirlərin 2017-ci ildə icra vəziyyətinin müzakirəsinə dair növbəti iclas keçirilib.

Palatadan 1news.az-a bildiriblər ki, iclasda bu qurum tərəfindən bank sektorunun sağlamlaşdırılması, institusional infrastrukturunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Sığorta sahəsinin iqtisadiyyatda penetrasiyasının artırılması məqsədilə yeni sığorta mexanizmlərinin yaradılması, habelə qiymətli kağızlar bazarlarının inkişafı istiqamətində listinq prosedurlarının təkmilləşdirilməsi, bankların kapital bazarlarına inteqrasiyası kimi məsələlər müzakirə edilib.

Palatanın baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda qeyd edilən Strateji Yol Xəritəsinin icrası məqsədilə təsdiqlənmiş əməliyyat planına uyğun olaraq cari ilin dekabr ayı ərzində, habelə “Milli Strateji Yol xəritələrinin 2017-ci il üzrə və növbəti ay üçün keçirilməsi nəzərdə tutulan tədbirlər planı açıqlanıb.

Tədbirlər planının icrasının koordinasiya işlərinin daha səmərəli aparılması məqsədilə 16 prioritet üzrə yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülən işlər və keçirilən görüşlər barədə hesabat məruzələri dinlənilib, icra mərhələsində olan tədbirlərin qiymətləndirilməsi və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb. İclasda, həmçinin 2018-ci ilin I rübü və ümumilikdə növbəti il üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair müvafiq tapşırıqlar verilib.

1news.az

Paylaş:
744

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər