Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib

14:04 - 30 / 12 / 2017
Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.

1news.az Kremlin saytına istinadən xəbər verir ki, V.Putin məktubunda Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olmasını vurğulayaraq bu yubileyin müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etməsi ilə əlamətdar olduğunu qeyd edib.

V.Putin iki ölkənin xalqlarının maraqlarına cavab verən konstruktiv dialoq və Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin gələcək inkişafına ümid etdiyini söyləyib. Rusiya prezidenti qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı Cənubi Qafqaz və onun hüdudlarından kənarda təhlükəsizliyin və stabilliyin möhkəmlənməsinə xidmət edir.

S.Xankişiyeva

 

Paylaş:
809

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər