İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 10-a çatıb | 1news.az | Xəbərlər
Dünya

İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 10-a çatıb

15:17 - 01 / 01 / 2018
İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 10-a çatıb

İranda baş verən kütləvi etiraz aksiyaları nəticəsində ölənlərin sayı ona çatıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə “Associated Press” məlumat yayıb.

“Frans-Press” agentliyi isə Xuzestan vilayətinin İze şəhərində atəş açılması nəticəsində iki nəfərin öldüyünü, bir neçə nəfərin də yaralandığını bildirib. Agentliyin məlumatına görə, Lurestan vilayətinin Dorude şəhərində daha iki nəfər həlak olub.

Şəhərin meri etirazçıların ələ keçirdikləri yanğınsöndürmə maşınını itələmələri nəticəsində maşının yaşlı şəxsin və bir yeniyetmənin üzərinə aşması nəticəsində hər iki şəxsin öldüyünü deyib. Dekabrın 30-da bu şəhərdə daha iki nəfərin ölməsi barədə məlumat yayılmışdı.

İranın Mehr agentliyi ölkənin müdafiə naziri, general-mayor Əmir Hatəminin baş verən hadisələrlə əlaqədar “Beynəlxalq imperializm başda olmaqla ölkəmizin düşmənləri İranda qeyri-sabitlik və qarşıdurma yaratmağa çalışırlar” dediyini bildirib. Nazir, həmçinin təhlükəsizlik qüvvələrinə müraciət edərək deyib: “Milli həmrəylik və birlik vasitəsilə əcnəbilərin çirkin niyyətlərini və planlarını boşa çıxarmalıyıq”.

O, İran hökumətinin ölkə vətəndaşlarının ehtiyac və problemlərini həll etmək üçün əlindən gələni etdiyini və edəcəyini də açıqlayıb.

Xatırladaq ki, dekabrın 28-də Məşhəddə başlayan aksiyaların iştirakçıları qiymətlərin artırılmasına etiraz edirlər.

1news.az

Paylaş:
733

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər