Lionel Messi “2017-ci ilin ən yaxşı futbolçusu” adına layiq görülüb | 1news.az | Xəbərlər
Futbol

Lionel Messi “2017-ci ilin ən yaxşı futbolçusu” adına layiq görülüb

17:32 - 02 / 01 / 2018
Lionel Messi “2017-ci ilin ən yaxşı futbolçusu” adına layiq görülüb

İspaniyanın məşhur “Marca” nəşri 2017-ci ilin ən yaxşı futbolçularının siyahısını dərc edib.

1news.az-ın məlumatına görə, nəşrin oxucuları arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, ilk pillədə “Barselona”nın hücumçusu Lionel Messi qərarlaşıb. Kriştiano Ronaldo (“Real”) ikinci, İsko (“Real”) üçüncü olub.

İlk onluqda aşağıda adları qeyd olunan futbolçular yer alıb:

1. Lionel Messi ("Barselona")

2. Kriştiano Ronaldo ("Real")

3. İsko ("Real")

4. Harri Keyn ("Tottenhem")

5. Luka Modriç ("Real")

6. Kilian Mbappe (PSJ)

7. Canluici Buffon ("Yuventus")

8. Neymar (PSJ)

9. Serxio Ramos ("Real")

10. Kevin De Bruyne ("Mançester Siti")

1news.az

Paylaş:
988

Son xəbərlər

Bütün xəbərlər