Tərtərdə 1 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Yanvarın 2-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu Qaynaq kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan 1news.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin kəndin ərazisində 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik raketin döyüş başlığı aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə gətirilib.
Aşkar olunmuş döyüş başlığının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Ümumilikdə agentlik tərəfindən yanvarın ilk 2 günüdə Tərtər rayonu ərazisində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 300 kv.m ərazi yoxlanılıb.
1news.az