Birinci vitse-prezident: İran və Azərbaycanın güclü münasibətləri var | 1news.az | Xəbərlər
Siyasət

Birinci vitse-prezident: İran və Azərbaycanın güclü münasibətləri var

18:00 - 03 / 01 / 2018
Birinci vitse-prezident: İran və Azərbaycanın güclü münasibətləri var

İran və Azərbaycanın güclü münasibətləri var.

1news.az -ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu İranın birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

Ərdəbil əyalətində yerli toplantıda çıxış edən İ.Cahangiri bildirib ki, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi İranın əsas prioritetidir.

Əyalətin Azərbaycanla sərhəddə olduğunu vurğulayan vitse-prezident qeyd edib ki, Ərdəbil bu imkandan Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi üçün yararlana bilər.

O əlavə edib ki, İran zəngin təbii ehtiyatları, ixtisaslaşmış işçiləri, həmçinin sərfəli coğrafi mövqeyi daxil olmaqla nəhəng potensiala malikdir.

1news.az  

Paylaş:
641

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər