Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib

13:03 - 04 / 01 / 2018
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

1news.az  APA-ya istinadla xəbər verir ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Onların əvəzinə deputatlar Elşad Həsənov, Ülviyyə Ağayeva və Asim Mollazadə nümayəndə heyətinin tərkibinə salınıb.

Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

1news.az   

 

Paylaş:
735

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər