Rusiya Qahirə ilə müntəzəm aviasiya əlaqəsini bərpa edib | 1news.az | Xəbərlər
Dünya

Rusiya Qahirə ilə müntəzəm aviasiya əlaqəsini bərpa edib

17:55 - 04 / 01 / 2018
Rusiya Qahirə ilə müntəzəm aviasiya əlaqəsini bərpa edib

Rusiya Prezidenti Vladimir Putin Qahirə ilə müntəzəm aviasiya əlaqəsinin bərpa olunması barədə fərman imzalayıb. Sənəd hüquqi informasiya rəsmi portalında dərc edilib.

1news.az  xarici KİV-ə istinadla xəbər verir ki, fərman imzalandığı vaxtdan - dekabrın 30-dan etibarən qüvvəyə minib.

Bir qədər əvvəl, 2017-ci il dekabrın 15-də Moskvada Rusiyanın nəqliyyat naziri Maksim Sokolov və Misirin aviasiya naziri Şərif Fəthi 2015-ci ilin payızında kəsilmiş aviasiya əlaqəsinin bərpasına dair sənəd imzalamışdılar. Sənəddə söhbət hələlik Moskva və Qahirə arasında müntəzəm aviareyslərin bərpasından gedirdi.

Şərif Fəthinin sözlərinə görə, hər hansı neqativ hadisə baş verməsə, Moskva və Qahirə arasında uçuşlar 2018-ci il fevralın 1-dən başlayacaq, çarter reyslərinin bərpası isə aprel ayında müzakirə olunacaq.

Misirin turistik palatalar ittifaqının məlumatına əsasən, ölkələr arasında birbaşa aviareyslər olmasa da, 2017-ci ilin sentyabr ayında Misirə 70 min rusiyalı turist gəlib.

Xatırladaq ki, Rusiya Misirlə aviasiya əlaqəsini 2015-ci ilin noyabrında Şarm-əş-Şeyxdən Peterburqa uçan təyyarənin Sinay üzərində qəzaya uğramasından sonra dayandırmışdı. Qəza nəticəsində “Koqalımavia” kompaniyasına məxsus laynerin göyərtəsindəki 217 rusiyalı turistin və 7 ekipaj üzvünün hamısı həlak olmuşdu. FTB sonradan bu hadisəni terror aktı kimi qiymətləndirmişdi. Təhqiqat indiyə qədər davam edir.

1news.az    

 

Paylaş:
574

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər