Futbolçu qırmızı vərəqəyə görə hakimi öldürdü | 1news.az | Xəbərlər
Futbol

Futbolçu qırmızı vərəqəyə görə hakimi öldürdü

18:36 - 04 / 01 / 2018
Futbolçu qırmızı vərəqəyə görə hakimi öldürdü

Meksikada futbolçu hakim ölümünə səbəb olub.

1news.az-ın Sport24.az-a istinadən verdiyi xəbərə görə, həvəskarların çempionatında hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılan futbolçulardan biri ona hücum edib. Referiyə ciddi xəsarət yetirən oyunçunun adı açıqlanmır.

Hücuma məruz qalan hakim – Xose Valdemar Ernandes Kapetilyo qarşılaşmadan sonra xəstəxanaya çatdırılıb. Lakin həkimlər bir həftə komada qalan referinin həyatını xilas edə bilməyiblər.

Hakimə ölümcül xəsarət yetirən futbolçu artıq həbs olunub.

1news.az

Paylaş:
1874

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər