“DəmirBank”ın kreditorlarının tələblərinin qeydə alınmasına başlanılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“DəmirBank”ın kreditorlarının tələblərinin qeydə alınmasına başlanılır

20:23 - 04 / 01 / 2018
“DəmirBank”ın kreditorlarının tələblərinin qeydə alınmasına başlanılır

Ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına başlanılır.

Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 2017-ci il 27 dekabr tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 2017-ci il 27 dekabr tarixindən ləğvedici təyin edilib.

Əmanətlərin Sığortalanması Fondundan 1news.az-a bildirilib ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı və ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, bu elanın dərc edildiyi gündən 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun aşağıdakı ünvanlarına müraciət etsinlər:

Bakı şəhəri, Bülbül prospekti, 40, 4-cü mərtəbə, AZ1014.

Bakı şəhəri, Babək prospekti, 16, AZ1025.

Əlavə məlumatlar üçün əlaqə nömrələri (+99412) 447-77-44; 596-65-91.

Qaynar xətt – 941.

Əmanətlərin Sığortalanması Fondundan, həmçinin bildirilib ki, əvvəlki elanda qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib. Həmin ödənişlərin vaxtı və yeri (müvafiq filiallar) barədə yaxın zamanda əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
2789

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər