Robert Prosineçki Bosniya və Herseqovina millisində | 1news.az | Xəbərlər
Futbol

Robert Prosineçki Bosniya və Herseqovina millisində

21:00 - 04 / 01 / 2018
Robert Prosineçki Bosniya və Herseqovina millisində

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.

1news.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçib.

Bu barədə qərar ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Komitə üzvləri Amar Osimlə Prosineçki arasında seçim ediblər.

Prosineçki yeni iş yerində fəaliyyətə bu ayın sonunda başlayacaq. O, milli komandanı yanvarın 28-də ABŞ-da təlim-məşq toplanışına aparacaq və 3 gün sonra komanda Meksika ilə yoxlama oyunu keçirəcək.

1news.az

Paylaş:
732

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər