İtkin düşən alpinistlərlə bağlı yeni məlumat - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşən alpinistlərlə bağlı yeni məlumat - FOTO - VİDEO

21:55 - 04 / 01 / 2018
İtkin düşən alpinistlərlə bağlı yeni məlumat - FOTO - VİDEO

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 4-də davam edib.

1news.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, əməliyyatda FHN-in peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub.

Axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1,5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.

Fövqəladə Hallar Nazirliyi təəssüf hissi ilə bildirir ki, axtarış-xilasetmə əməliyyatının gedişatını, xüsusilə də mürəkkəb şəraitdə axtarış-xilasetmə tədbirlərini həyata keçirən müvafiq dövlət qurumlarının əməkdaşlarının və könüllülərin fədakar fəaliyyətini işıqlandırmaq əvəzinə, bəzi kütləvi informasiya vasitələri və sosial media istifadəçiləri həqiqəti əks etdirməyən məlumatlar yaymaqda davam edirlər.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edir və yaranmış həssas vəziyyətə anlayışla yanaşmağa çağırır.

Qeyd edək ki, axtarış işləri barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.

1news.az

Paylaş:
876

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər