Sabirabadda kabel oğruları tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda kabel oğruları tutulub

22:53 - 04 / 01 / 2018
Sabirabadda kabel oğruları tutulub

Sabirabad rayonunun Rüstəmli kəndində yerləşən “Yeni Zəngilan” qəsəbəsində elektrik enerjisi olmayan dirəklərdəki aliminium məftillər naməlum şəxslər tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon Pirveyis kənd sakinləri Maqsud Məmmədov, Möhlət Məmmədov və həmin rayonun Kolqışlaq kənd sakini Rəhim Cəfərquliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər