“Kəpəz” səkkiz futbolçu ilə yollarını ayırdı
“Kəpəz” futbol klubu əsas komandanın səkkiz üzvü ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.
1news.az kluba istinadla xəbər verir ki, komandadan gedən futbolçuların hamısı yerli oyunçu statusunda çıxış edənlər olub. Belə ki, qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıblar. Sonuncu öz istəyi ilə komandanı tərk edib.
“Kəpəz”in rəhbərliyi futbolçulara xidmətlərinə görə minnətdarlığını bildirib, gələcək karyeralarında uğurlar arzulayıb.
1news.az
718