Bakıda çiskin olacaq, rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çiskin olacaq, rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

13:46 - 05 / 01 / 2018
Bakıda çiskin olacaq, rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 6-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 6-da  bəzi yerlərdə çiskinli yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 8-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. İqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Babək Cahandarov

Paylaş:
248

Son xəbərlər

Sabah külək olacaq, dolu düşəcək - ProqnozBu gün, 12:51Ağacların qanunsuz kəsilməsinə görə təbiətə 57 min manatdan çox ziyan vurulubBu gün, 12:11Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTOBu gün, 12:10İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 1Bu gün, 12:08AMB sədri 2024-cü ildə neftin proqnozlaşdırılan orta qiymətini açıqladıBu gün, 12:012024-cü ilin sonu üçün Azərbaycanda iqtisadi artım nə qədər proqnozlaşdırılır? - AMB sədri açıqladıBu gün, 11:47Taleh Kazımov: “Kredit faizləri artmayıb”Bu gün, 11:46İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidirBu gün, 11:32AMB sədri bu ilin sonuna proqnozlaşdırılan əməliyyatlar balansını açıqladıBu gün, 11:24Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayıb - YENİLƏNİBBu gün, 11:06Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqikBu gün, 10:53Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olubBu gün, 10:46Prezident: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olubBu gün, 10:35“McDonald's Azərbaycan” internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTOBu gün, 10:15Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı! - FOTOBu gün, 10:14Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıbBu gün, 10:03Azərbaycanlı şagird Sidneydə olimpiadada qalib olubBu gün, 09:58Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 09:46AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:44Motoverse 1 yaşında! - FOTO - VİDEOBu gün, 09:33
Bütün xəbərlər