Səməd Seyidov: Azərbaycan nümayəndə heyəti AŞPA-nın sessiyasına yeni tərkibdə qatılacaq

Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə qatılacaq.
1news.az Milli Məclisin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
O deyib ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar:
“Bu AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir. Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Belə ki, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər. Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər”.
1news.az