"Hababam sinfi"nin Mahmudu vəfat etdi
Tanınmış türkiyəli aktyor Münir Özkul 93 yaşında İstanbulda vəfat edib.
1news.az xəbər verir ki, M.Özkül uzun zamandır səhhətindəki problemlərlə əlaqədar müalicə alırdı.
Qeyd edə ki, aktyor 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy rayonunda anadan olub.
M.Özkul yüzdən artıq filmə çəkilib. Aktyorun ən yaddaqalan rollarından biri "Hababam sinfi" filmində Mahmud müəllim obrazı olub.
1news.az
839