104 yaşlı çeçen qadını Kərbala adına Gədəbəyə göndərdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

104 yaşlı çeçen qadını Kərbala adına Gədəbəyə göndərdilər

15:25 - 05 / 01 / 2018
104 yaşlı çeçen qadını Kərbala adına Gədəbəyə göndərdilər

Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib.

1news.az xəbər verir ki, bu barədə virtualaz saytına qadına sığınacaq verən "Təmiz Dünya"  Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.

Pasport məlumatlarına görə düz 104 yaşı olan Mədinə Əliyevanı Gədəbəy Rayon Polis İdarəsinin   əməkdaşları küçədə soyuqdan donmuş halda tapıblar. 1 əsrdən çox yaşamış qadına Gədəbəydə  ilkin tibbi yardım göstərilib, isti paltar, yemək verilib. Yanvarın 1-də isə onu Bakıya - "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər.

İctimai birliyin rəhbəri Mehriban Zeynalova deyib ki, sənədlərində Mədinə Əliyevanın 1914-cü ildə doğulduğu qeyd edilir. Qadın Rusiya vətəndaşıdır, Çeçenistanda qeydiyyatdadır, lakin Azərbaycan dilində sərbəst danışır. O, Gədəbəyə necə gəldiyini xatırlamır.

Mədinə Əliyeva çətin həyat sürdüyünü deyir, bildirdiyinə görə sovet dövründə sürgün edilib, övladı olmayıb. "Anam çeçen, atam ərəbdir. Məkkədə doğulub, böyümüşəm. Sonradan anam məni götürərək Çeçenistana qayıdıb. Oradan isə sürgün edilmişik", - Mədinə Əliyeva  özü barədə bunları deyib.

Danışdıqlarına əsasən, Çeçenistanda Mədinə Əliyevaya atasının dostu sahib çıxıb. 15 yaşında ərə verilib. Lakin övladı olmayıb, həyat yoldaşı dünyasını dəyişəndən sonra alverlə dolanıb. Əliyeva deyir ki, Azərbaycandan mal alaraq Çeçenistanda satırmış. Son 2 ilə qədər Azərbaycana mütəmadi gəlib-gedib, dilimizi də elə alverçilərdən öyrənib.

Mehriban Zeynalova bildirib ki, Mədinə Əliyeva Çeçenistandan Kərbala ziyarətinə getmək üçün yola çıxdığını, lakin 3 qadın tərəfindən aldadılaraq Azərbaycana gətirildiyini deyir. Bildirir ki, 200 dollar pulu, sənədləri və qulağındakı qızıl sırğalar oğurlanıb.

"Mədinə Əliyeva izahatında göstərib ki, qulaqlarındakı sırğa, pul və sənədlərini 3 qadın götürüb. Onu Gədəbəyə niyə apardıqları da bəlli deyil. Hazırda araşdırma aparılır", - M.Zeynalova əlavə edib.

M.Əliyeva yeriməkdə çətinlik çəkir, kömək olmadan yemək yeyə, özünə baxa bilmir. Buna baxmayaraq, Çeçenistanda evi olduğunu, geri qayıtmaq istədiyini deyib. Buna görə də, o, Bakının Xətai rayon ərazisində yerləşən Tereza Ana sığınacağına köçürülüb. Onun Çeçenistana köçürülüb-köçürülməyəcəyi yaxın günlərdə bəlli olacaq.

1news.az

Paylaş:
721

Son xəbərlər

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıbBu gün, 13:11Sabah külək olacaq, dolu düşəcək - ProqnozBu gün, 12:51Ağacların qanunsuz kəsilməsinə görə təbiətə 57 min manatdan çox ziyan vurulubBu gün, 12:11Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTOBu gün, 12:10İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 1Bu gün, 12:08AMB sədri 2024-cü ildə neftin proqnozlaşdırılan orta qiymətini açıqladıBu gün, 12:012024-cü ilin sonu üçün Azərbaycanda iqtisadi artım nə qədər proqnozlaşdırılır? - AMB sədri açıqladıBu gün, 11:47Taleh Kazımov: “Kredit faizləri artmayıb”Bu gün, 11:46İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidirBu gün, 11:32AMB sədri bu ilin sonuna proqnozlaşdırılan əməliyyatlar balansını açıqladıBu gün, 11:24Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayıb - YENİLƏNİBBu gün, 11:06Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqikBu gün, 10:53Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olubBu gün, 10:46Prezident: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olubBu gün, 10:35“McDonald's Azərbaycan” internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTOBu gün, 10:15Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı! - FOTOBu gün, 10:14Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıbBu gün, 10:03Azərbaycanlı şagird Sidneydə olimpiadada qalib olubBu gün, 09:58Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 09:46AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:44
Bütün xəbərlər