Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb

15:47 - 05 / 01 / 2018
Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb

Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb.

1news.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərdə olan özəl xəstəxanaların birində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.

Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1news.az  

Paylaş:
636

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər