Bakıda şok dələduzluq - İcarəyə götürdüyü maşını satdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda şok dələduzluq - İcarəyə götürdüyü maşını satdı

18:43 - 05 / 01 / 2018
Bakıda şok dələduzluq - İcarəyə götürdüyü maşını satdı

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

1news.az Lent.az-a istinadən xəbər verir ki, 1954-cü il təvəllüdlü Dünyamalıyev Nizami Xəlil oğlu polisə müraciət edərək bildirib ki, keçən ilin aprelində tanışı Nəzərov Nəriman Aslan oğlu onun “Brilliance 530” markalı, 01 AB 047 dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə götürüb.

Müəyyən müddətdən sonra avtomobilin icarəyə verilməsi ilə bağlı 1180 manat borc yaranıb və icarədar avtomobilin və pulun verilməsini tələb edib. Lakin məlum olub ki, N.Nəzərov icarəyə götürdüyü avtomobili başqa şəxsə satıb.

Nizami Dünyamalıyev ona dəyən ziyanın ödənilməsini tələb edib.

Araşdırma aparılır.

1news.az

Paylaş:
644

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər