Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

20:46 - 05 / 01 / 2018
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 180-220, Lənkəran-Astara bölgəsi çaylarında  120, Naxçıvan MR çaylarında isə 220  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, yanvarın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 211 m3/s olmaqla ongünlük normanın 129 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 147 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 75  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 4 sm artıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2017-ci il yanvarın 5-də 468 sm), Şirvanda 267 sm (2017-ci il yanvarın 5-də 377 sm), Salyanda 227 sm (2017-ci il yanvarın 5-də 331 sm), Bankədə 213 sm (2017-ci il yanvarın 5-də 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 127 sm (2017-ci il yanvarın 5-də 188 sm) təşkil edir. 

1news.az

Paylaş:
166

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaq30 / 04 / 2024, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilib30 / 04 / 2024, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib30 / 04 / 2024, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb30 / 04 / 2024, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb30 / 04 / 2024, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEO30 / 04 / 2024, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub30 / 04 / 2024, 16:39Lənkəranda baş verən qəzada piyada ölüb30 / 04 / 2024, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib30 / 04 / 2024, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab verib30 / 04 / 2024, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİB30 / 04 / 2024, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEO30 / 04 / 2024, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb30 / 04 / 2024, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşüb30 / 04 / 2024, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb30 / 04 / 2024, 14:57Yazın son ayında hava necə olacaq?30 / 04 / 2024, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib30 / 04 / 2024, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşüb30 / 04 / 2024, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıb30 / 04 / 2024, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTO30 / 04 / 2024, 13:38
Bütün xəbərlər