Azərbaycan neftinin qiyməti 70 dolları keçdi
Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 68,01 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar azalaraq 61,95 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti isə bahalaşmaqda davam edir. Belə ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar bahalaşaraq 70,54 dollar olub.
1news.az
881