Saakaşvili barəsində 3 illik qiyabi həbs qərarı verilib | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili barəsində 3 illik qiyabi həbs qərarı verilib

12:22 - 05 / 01 / 2018
Saakaşvili barəsində 3 illik qiyabi həbs qərarı verilib

Tbilisi məhkəməsi Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin barəsində qiyabi olaraq 3 il müddətinə həbs olunması barədə qərar qəbul edib.

1news.az xəbər verir ki,  Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Qeyd edək ki, Gürcüstan bir müddət əvvəl eks-prezidentin ölkəyə ekstradisiya olunmasını tələb etmişdi.

Hazırda M.Saakaşvili Ukraynadadır.

1news.az

 

Paylaş:
676

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər