“Neftçi”dən ikinci transfer
“Neftçi” qış fasiləsində ikinci transferini həyata keçirib.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, “ağ-qaralar” qapıçı Aqil Məmmədovdan sonra müdafiə xəttini də gücləndiriblər.
Belə ki, paytaxt klubunun bir müddətdi danışıq apardığı İlkin Qırtımovun karyeyasını bu komandada davam etdirəcəyi dəqiqləşib. Dekabrda “Keşlə”dən ayrılan 27 yaşlı futbolçu ilə hərtərəfli razılıq əldə olunub.
Hazırda tibbi baxışdan keçən Qırtımov bu gün rəsmi müqaviləyə qol çəkəcək. Tərəflər 5 ay + 1 il sistemində müqavilə imzalayacaqlar. Bu isə o deməkdi ki, İlkin Premyer Liqanın ikinci yarısında özünü yaxşı tərəfdən göstərə bilsə, anlaşmasının müddəti yayda daha 1 il uzadılacaq.
Qeyd edək ki, İlkin Qırtımov karyerası ərzində “Keşlə” ilə yanaşı, “Simurq” klubunun da formasını geyinib. 2014-cü ildə yığmamızda debüt edən futbolçu millinin heyətində 5 matçda iştirak edib.
1news.az