MiQ-29-un yeri müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

MiQ-29-un yeri müəyyən edilib

12:42 - 14 / 08 / 2019
MiQ-29-un yeri müəyyən edilib

"Hazırda pilotun axtarışları sürətlə davam etdirilir. Əvvəlki günlərlə müqayisədə bu gün hava şəraiti normaldır və axtarışlara mane olmur".

1news.az-ın verdiyi xəbərə görə, bunu Azvision.az -a açıqlmasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hazırda axtarış yerində gəmilər, texnikalar və dalğıclar işləyir: "Təyyarənin yeri müəyyən edilib. Təyyarə suyun üzərinə düşərkən parçalanıb. Onun parçaları yığılır. Amma pilotu və təyyarənin "qara qutu"sunu tapa bilmirlər. Axtarışlar davam edir”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

S.Xankişiyeva

 

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər