Enerji səmərəliliyi və dayanaqlı energetika – Azərbaycan tələbələri üçün daha yaxınlaşan anlamlar – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Enerji səmərəliliyi və dayanaqlı energetika – Azərbaycan tələbələri üçün daha yaxınlaşan anlamlar – FOTO

11:00 - 02 / 10 / 2019
Enerji səmərəliliyi və dayanaqlı energetika – Azərbaycan tələbələri üçün daha yaxınlaşan anlamlar – FOTO

Energetika məsələlərinə aid tədris sessiyası artıq üç ildir ki, Azərbaycanda fəaliyyət göstərən Avropa Yay Məktəbinin proqramında dayanaqlı yer tutur. Bunun da çox sadə bir səbəbi var – enerji sektorunun səmərəli idarəetməsi gənc nəsli getdikcə daha çox maraqlandırır.

Təlimçi Vitali Gerlovski, Avropa İttifaqının EU4Energy Proqramının tərəfdaşlarından birini - Enerji Xartiyasını təmsil edərək, artıq üç ildir ki, bu tədris sessiyasını Avropa Yay Məktəbində keçirir və getdikcə iştirakçıların səviyyəsinin daha da yüksək olmasını qeyd edir.

«Əvvəllər diqqətimi əsasən energetika sahəsinə aid olan terminlərinin izahına və qarşılıqlı əlaqələrə yönəldirdimsə, indi sessiyamız əsasən diskussiya formatında kecir. İştirakçıların əksəriyyəti bir sıra məsələlər üzrə fəal mövqe nümayiş etdirirlər və bunun sayəsində çox maraqlı debatlar keçir”, - Vitali Gerlovski belə deyir.

Avropa Yay Məktəbi avqust ayının sonunda Azərbaycandan və Aİ ölkələrindən olan 15 gənc iştirakçı və təlimçıləri birləşdirdi. Sayca dördüncü olaraq o, ölkəmizin gözəl guşəsində, şimalda yerləşən Quba rayonunda keçirilirdi. Tədbir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, eləcə də EU Neighbours və EU4Energy kommunikasiya layihələrinin dəstəyi ilə keçirilir.

Dayanaqlı enerji inlişafı Vitalinin təqdimatında keçirilən əsas mövzulardan biridir. Avropa İttifaqı ümumi büdcəsi 21 mln avro təşkil edən EU4Energy proqramı çərçivəsində Azərbaycanın enerji sektorunun islahatına və dayanıqlı enerji siyasətinin hazırlanmasına dəstək verir.

“EU4Energy bütün bunları birləşdirən xəlqədir”, - bunu da Vitali Gerlovski deyir.

Proqramın Azərbaycanda 2,5-illik fəaliyyəti ərzində ölkədə yeni Enerji səmərələliyi haqqında qanun layihəsi hazırlanıb baxılmağa təqdim olumuşdur. Sənəd Milli Fəaliyyət  Planının hazırlanmasını və bu çoxşahəli sahədə dəqiq işləmə mexanizminin tətbiq olunmasını nəzərdə tutur. Bununla bərabər Azərbaycan mütəxəssisləri enerji effektivliyinə dair standartların incəliklərini mənimsələyirlər. 

Azərbaycan iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir, ölkəmiz enerji sahəsində ən yüksək özünütəminetmə göstəriciləri olan dövlətlərdən biri hesab olunur: burada enerji resurslarının istehsal həcmi daxili tələbatı düz 4 dəfə üstələyir.

Lakin ölkə daxilində enerjinin istehlakı Avropa ölkələri ilə müqayisədə qat-qat çoxdur, bu da enerjinin böyük həcmlərinin boşa getməsinə işarə edir. O cümlədən, elektrik xəttlərindəki itkilər yüksək olaraq, qalır.

Fotoda: təlimçi V.Gerlovski

Energetika mövzusuna böyük maraq göstərən Avropa Yay Məktəbinin 22 yaşlı iştirakçısı Mehrac Əliyev hesab edir ki, bu gün Azərbaycanın qarşısında movcud enerji ehtiyatlarından maksimal dərəcədə səmərəli istifadə vəzifəsi dayanır ki, bu ehtiyatlar gələcək nəsillər üçün qorunub saxlanılsın.

“Bu gün enerji resursları bizim üçün əlçatandır, amma bu heç də o demək deyil ki, 10 ildən sonra da belə olacaq. Buna görə də biz elə indi, vaxt itirmədən onlardan səmərəli istifadə etməyi öyrənməliyik”, - Mehrac Əliyev, Avropa gənclərinin Azərbaycandan olan səfirlərindən biri belə deyir.

22 yaşlı iştirakçı Ceyhunə Sultanova qeyd edir ki, enerji sektoru Azərbaycandakı iqtisadi artımın təkanverici qüvvəsi olduğuna görə ölkənin enerji təhlükəsizliyinin qorunması olduqca vacib bir məsələdir: “Bu təhlükəsizliyin əsas amilləri isə enerji effektivliyi və ümumilikdə, bütün enerji sektorunun dayanaqlı inkişafına arxalanır”.

Fotoda: iştirakçılar M.Əliyev, C.Sultanova, F.Vəliyeva

EU4Energy – Azərbaycanda

Vitali, Avropa Yay Məktəbinin gənc iştirakçılarına həm də Azərbaycanın dayanaqlı enerji siyasətinə doğru irəliləməsində Avropa İttifaqının rolu haqqında danışır.

Avropanın EU4Energy proqramı çərçivəsində Enerji Xartiyası Katibliyinin ekspertləri ölkəmizdə ilk Enerji səmərəliliyi haqqında qanun layihəsinin hazırlanmasında köməklik göstərdilər, hansı ki 2018-ci ilin noyabr ayında Nazirlər Kabinetinə təqdim edilmişdir və yaxın zamanda onun qəbul olunması gözlənilir.

Aİ-nın dəstəyi sayəsində enerji sahəsindəki ekspertlər Azərbaycan mütəxəssislərinə Uzunmüddətli Enerji Strategiyasının hazırlanmasında köməklik göstərirlər, hansı ki 2030-cu və 2050-ci illərə qədər olan mümkün enerji inkişaf ssenarilərini, həmçinin bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin tətbiqi imkanlarını özündə cəmləşdirir. Bununla bərabər onlar, Azərbaycan Hökumətinə 2050-ci ilə qədər olan uzunmüddətli Enerji Strategiyasının dəstək modellərinin hazırlanmasında da dəstək verirlər.

“Biz həmçinin Azərbaycanda 9 böyük məlumatlandırıcı tədbir təşkil etdik ki, onların işinə Energetika Nazirliyi ilə yanaşı digər dövlət strukturları də cəlb olunmuşdur. Ümumiyyətlə, tədbirlərdə 300 mütəxəssis iştirak etdi”, - Katibliyin hazırladığı broşüra istinad edərək, Vitali Gerlovski belə deyir.

Daha uzunmüddətli perspektivdə isə enerji sektorunun rasional inkişafı ona gətirib çıxaracaq ki, bütün ölkə üzrə daha az enerji boş yerə sərf olunacaq, istehlakçılar daha etibarli təchiz olunacaqlar və sözügedən sektorda yeni iş yerləri açılacaq.

Enerji səmərəliliyi necə işləyir

Siyasət öz yerində, amma gəncləri daha çox biliklərinin real işdə tətbiqi maraqlandırır. Buna görə də təlimçi Vitali uşaqlara Avropa ölkələrinin təcrübəsi üzərində “enerji effektivli vətəndaşın” nə olduğunu göstərir.

O, başa salır ki, evdəki cihazların enerji keyfiyyəti, yəni fayda əmsalı nə qədər yüksək olarsa, onun enerji sərfiyyatı bir o qədər az olar.

Avropa İttifaqı ölkələrinin hökümətləri vətəndaşları müxtəlif üsullarla - endirimlərlə, daha az vergilərlə və s. - enerji səmərəli cihazları əldə etməyə həvəsləndirirlər. Dövlət yaşayış binalarında istilik izolyasiyası prosesini də dəstəkləyir.

Azərbaycan gənclərinin içində də bunu çox gözəl anlayan insanlar var. Belə ki, Avropa Yay Məktəbinin 20 yaşlı iştirakçısı Fidan Vəliyeva hesab edir ki, hər bir insan dövlətin mövcud enerji resurslarının effektiv sərfiyyatına yönələn səylərinə öz kiçik tövhəsini verə bilər.

Fidan özü də gündəlik həyatında bu yolla getməyə çalıışır – o, evdə lazımsız yerə işığı və elektrik cihazlarını yanıq vəziyyətdə saxlamır, qaz plitəsinin istifadəsindən sonra onu söndürür, hətta komüterdə işləyərkən belə, çılçırağı yox, kiçik masa lampasını yandırır. Evdə isə ancaq enerjini qənaət edən lampalardan istifadə olunur.

Gənclərin inkişafa və təhsilə verdiyi töhfələr çox böyükdür, Vitali Gerlovski bu qənaətdədir. Bu günün yeniyetmələri və gəncləri sabahın rəhbərləridir – istər dövlət strukturlarında, istər də özəl şirkətlərdə. Strateji qərarların qəbul edilməsi məhz onlardan asılıdır. Buna görə də onların sabahkı addımlarını bu gün ağıllarına batanlar müəyyənləçdirəcək.

Fotoda: Avropa Yay Məktəbinin iştirakçıları, 2019

Müəllif: Yelena Ostapenko

Məqalə EU4Energy təşəbbüsü çərçivəsində hazırlanıb

Paylaş:
1362

Son xəbərlər

AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37
Bütün xəbərlər