“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində silsilə tədbirlərlə davam edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində silsilə tədbirlərlə davam edir – FOTO

14:44 - 03 / 12 / 2019
“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində silsilə tədbirlərlə davam edir – FOTO

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” 2 dekabr tarixində "VətənimİZ" devizi altında silsilə tədbirlərlə davam edir.

1news.az-ın verdiyi xəbərə görə, “VətənimİZ” devizi altında keçirilən tədbirlərə respublikanın 17 şəhər və rayonunda ümumilikdə 1000-dən artıq gənc cəlb olunub. Tədbirlər çərçivəsində könüllü hərəkatları təmsil edən və fəal gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeylərinin ekspozisiyası ilə tanış olublar. Ulu Öndərin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədi ilə keçirilən tədbirlər tarix və vətənpərvərlik mövzularında sənədli və bədii filmlərin izlənməsi ilə davam edib.

Bu çərçivədə həmçinin Bakı Gənclər Mərkəzində 300 gəncin iştirak etdiyi "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans təşkil olunub. Konfransdan sonra gənclər birlikdə film izləyib, ölkədə fəaliyyət göstərən müxtəlif könüllü təşkilatları və hərəkatlarının komandaları arasında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda intellektual kvest yarışması təşkil olunub. 

“Azərbaycan Könüllülük Həftəsi” 9 dekabr tarixinə qədər bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcəkdir. “Şəhidimiz” kampaniyası ilə start götürən Həftə növbəti günlərdə “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların və digər tədbirlərin təşkili ilə davam edəcək.

5 dekabr tarixində isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda  və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəklər.

S.Xankişiyeva

Paylaş:
654

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər