Azərbaycanlı gənc maraqlı yolla Rekordlar Kitabına düşdü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı gənc maraqlı yolla Rekordlar Kitabına düşdü - FOTO

15:38 - 03 / 12 / 2019
Azərbaycanlı gənc maraqlı yolla Rekordlar Kitabına düşdü - FOTO

Hazırda Dubayda tanınmış şirkətlərdən birinin marketinq direktoru vəzifəsində çalışan azərbaycanlı gənc maraqlı bir ideyanı reallaşdıraraq Ginnesin Rekordlar Kitabına düşüb. 

Oxford Universitetində magistr təhsili alan Vüqar Adıgözəlov 145 ölkə vətəndaşını bir təyyarədə toplayaraq tarixi uçuşa imza atıb.

V.Adıgözəlov qafqazinfo-ya açıqlamasında bildirib ki, rekord ideyası ona elə təyyarədə olarkən gəlib:

"Bir neçə ay öncə səfərdən qayıdanda təyyarədə qeyri-adi bir elanla rastlaşdım, kapitan bildirdi ki, təyyarə heyəti 14 müxtəlif dildə danışa bilir. Bələdçidən öyrəndim ki, təyyarədə əllidən çox millətdən sərnişin var. Evə çatar-çatmaz dünyada ən çox millətin uçduğu resylə maraqlanmağa başladım. Belə məlumata rast gəlməsəm də, qarşıma bir çox millətin nümayəndəsinin bir araya gəlib müxtəlif rekordlar qırdığı haqda məlumat çıxdı. 

İdeyam çılğın olduğu qədər də bahalı idi, ancaq tezliklə ideyanı həyata keçirə bilməyimizə şərait yarandı.

29 noyabr tarixində BƏƏ-nin 48-ci Milli günü və ölkədə Tolerantlıq ili münasibətilə 145 millətin nümayəndəsi tarixi uçuş üçün hava limanına toplaşdı. Milli seçim nəticəsində püşkatma yolu ilə seçilmiş şərnişinlərlə yanaşı, tarixi uçuşda 500-dən çox sərnişin, Ginnes Dünya Rekordları komitəsinin nümayəndələri, kral ailəsi üzvləri, media mənsubları da iştirak edirdi".

Vüqar Adıgözəlovun sözlərinə görə, rəsmi rekord cəhdi üçün "Emirates" Hava Yollarına məxsus A380 təyyarəsi (təyyarə bu hadisəyə özəl olaraq rənglənib: üzərində müxtəlif millətlərdən əl-ələ tutmuş insanlar təsvir edilib) seçilib. Reys Dubay Beynəlxalq Hava Limanından ( DXB) qalxaraq BƏƏ-nin bütün əmirlikləri üzərində uçuş edərək 1 saat sonra yenidən Dubaya qayıdıb:  

"Uçuşdan öncə Ginnes Rəsmisinin bildirdiyinə görə, ən az 75 müxtəlif millətin nümayəndəsinin iştirakı kifayət edirdi ki, uçuş dünya rekordu kimi qeydə alınsın. Təyyarənin göyərtəsində olarkən Ginnes Dünya Rekordlarının rəsmi nümayəndəsi uçuşda 145 fərqli millətin nümayəndəsinin iştirak etdiyini rəsmən açıqlayaraq rekordun qeydə alındığını bildirdi. Beləliklə, bu hadisə və hava yolları Ginnes Dünya Rekordu olaraq qeydə alındı və rəsmən "Möhtəşəm" titulunu qazandı".

1news.az

Paylaş:
707

Son xəbərlər

“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52
Bütün xəbərlər