Azərbaycanda daha 5 tələbə qız zəhərləndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 5 tələbə qız zəhərləndi

12:50 - 03 / 12 / 2019
Azərbaycanda daha 5 tələbə qız zəhərləndi

Qazaxda kollec tələbələri zəhərlənib.  

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Qazax Dövlət Sosial İqtisadi Kollecində qeydə alınıb.

Kollecin tələbələri 19 yaşlı Əfsanə Mətləb qızı Səfərli, 19 yaşlı Güləndam Sadiq qızı Həsənova, 19 yaşlı Xavər Fikrət qızı Məmmədova, 18 yaşlı Arzu Azər qızı Əlizadə və Mahizər Akif qızı Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin kollecdəki dizel yanacağı ilə işləyən sobanın tüstüsündən zəhərləndiyi ehtimal olunur.

1news.az

Paylaş:
420

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər