Meteoroloqlardan sabahın havası ilə bağlı XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

13:43 - 04 / 12 / 2019
Meteoroloqlardan sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının 5-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət  70-80 faiz olacaq. 

Azərbaycanın rayonlarında dekabrın 5-də  arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı  gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə  0-4, gündüz  5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 5-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1news.az

Paylaş:
394

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər