Yol Polisi hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol Polisi hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib

12:05 - 04 / 12 / 2019
Yol Polisi hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən 1news.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir.

Bununla əlaqədar olaraq yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər. Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar. 

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq,  belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur: "Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.

Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıçı elementlərlə təchiz olunmuş geyimlərə üstünlük verməyi, yolu keçərkən özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmamağı tövsiyə edirik".

S.Xankişiyeva

 

Paylaş:
440

Son xəbərlər

Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55
Bütün xəbərlər