Şad xəbər: Azərbaycanla Türkiyə arasında vizasız səyahət müddəti artırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şad xəbər: Azərbaycanla Türkiyə arasında vizasız səyahət müddəti artırıldı

13:33 - 27 / 02 / 2020
Şad xəbər: Azərbaycanla Türkiyə arasında vizasız səyahət müddəti artırıldı

“Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 30 gündən 90-günə qədər artırıldı”

1news.az xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Anadolu” agentliyinə bildirib.

Səfir deyib ki, fevralın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş” imzalanıb.

E.Özoral bildirib ki, İki ölkə vətəndaşlarının qarşılıqlı olaraq vizasız qalma müddəti 30 gündən 90 günə qədər artırıldı

"Məhdudiyyətlər həm Azərbaycanda,  həm də Türkiyədə vətəndaşların şikayətinə səbəb olurdu. Bununla da qarşılıqlı səfərlər asanlaşacaq.

Qafar Ağayev

Paylaş:
1333

Son xəbərlər

Bütün xəbərlər