Azərbaycanda yeni doğulan buzova görə bu qədər pul verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeni doğulan buzova görə bu qədər pul verilir

10:22 - 27 / 02 / 2020
Azərbaycanda yeni doğulan buzova görə bu qədər pul verilir

“Respublikada həm dövlət, həm də əhali tərəfindən heyvandarlıq sahəsinə çox böyük maraq göstərilir. Dövlət tərəfindən subsidiyaların verilməsi, cins mal-qaranın süni mayalanma yolu ilə alınması istiqamətində aparılan işlərin hamısı inkişafa müsbət təsir göstərir. Hər yeni süni mayalanmadan doğulan buzova görə 100 manat subsidiyanın verilməsi heyvandarlıq sahəsinin inkişafına müsbət təsir edir. Dəqiq say deyə bilmərəm, amma kifayət qədər artım var”.

1news.az xəbər verir ki, bunu  Modern.az-a müsahibəsində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev deyib. O bildirib ki, Hazırda respublikada cəmi 2 milyon 700 min başa yaxın iribuynuzlu mal-qara cinsləri var:

“Naxır strukturuna görə mal-qaranın sayı 1 milyon 200 minə yaxınlaşır. Burada isə əsasən kəndli-fermer təsərrüfatlarında istifadə olunan heyvan cinslərinin bir hissəsi yerli cinslərə mənsub olan cinslərdir ki, bunlar da xəstəliklərə dözümlü, az məhsuldar heyvanlardır. Amma nəzərə alaq ki, əhalinin böyük hissəsi yüksək məhsuldar heyvan cinslərinə önəm verir. 100 baş yerli cins heyvan saxlayan fermer yüksək məhsuldar heyvanın 50-sini saxlasa kifayət edir. Çünki 100 başdan aldığı məhsulu 50 baş heyvandan alır. Bu isə onu göstərir ki, respublikada 2016-cı ildə 2 milyon 708 min baş iribuynuzlu mal-qara naxırı vardısa, 2019-cu ildə bu göstərici 2 milyon 658,8 min baş olub. Bu da məhsuldarlığın artırılmasına, baş sayının azalmasına səbəb olub”.

1news.az

Paylaş:
902

Son xəbərlər

Bütün xəbərlər